"Hatayspor" millimizin hücumçusu ilə bağlı planlarını dəyişdi

12:34 - 6 May 2024

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun yeni mövsümə hansı klubda başlayacağı hələ ki, dəqiqləşməyib.

Sportal.az saytına verilən məlumata görə, “Alanyaspor”un transfer siyahısında yer alan Dadaşovun yenidən “Hatayspor”da qalmaq ehtimalı yaranıb. Belə ki, klubdan verilən məlumata görə, hazırda Türkiyə Superliqasında qalmaq uğrunda mübarizə aparan klub baş məşqçi və klubdakı dəyişiklikdən sonra klubda qalmaq ehtimalı artıb.

Belə ki, “Hatayspor” Superliqadak mövqeyini qoruyub-saxlasa, Birinci Liqaya düşməsə, Dadaşova qalması üçün müqavilə təklif ediləcək. 24 yaşlı futbolçu müqavilə ilə “Qrasshopper”ə məxsusdur. O, mövsümün əvvəlində bir illik “Hatayspor” icarəyə verilmişdi. Üstəlik, Türkiyə klubu Dadaşovu transfer etmək hüququna da malikdir.

Qeyd edək ki, "Hatayspor" iki gün öncə keçmiş baş məşqçisi Volkan Demirelle yollarını ayırmışdı. Kluba isə "Qəbələ"nin sabiq baş məşqçisi Fatih Kavlak idman direktoru vəzifəsinə gətirilib.

Xəbər xətti