Azərbaycan millisinin qapıçısı matçın ən yaxşısı seçildi

17:21 - 5 May 2024

Türkiyənin “Adana Dəmirspor” klubunun azərbaycanlı qapıçısı Şahruddin Məhəmmədəliyev Superliqanın 35-ci turunda “İstanbulspor”a qarşı keçirilən görüşdəki (1:0) performansı ilə ən yüksək reytinq qazanıb.

Sportal.az xəbər verir ki, “Sofascore” portalı Azərbaycan millisinin qolkiperinə 8,7 xal verib.

Bu isə “Adana Demirspor” oyunçuları arasında ən yaxşı göstəricidir.

Məhəmmədəliyev meydana start heyətində çıxıb və sona qədər oynayıb.

Xəbər xətti