"Xəzri" yarımfinalda "NTD-İndiqo"nun rəqibidir

22:48 - 5 May 2024

Bu gün Sərhədçi İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) növbəti pley-off oyunu baş tutub.

Sportal.az xəbər verir ki, pley-offun 1/4 final mərhələsində "Xəzri" və "Sərhədçi" komandaları arasında seriyanın 3-cü oyunu keçirilib. Oyunun əvvələrindən üstünlüyü ələ keçirmiş "Xəzri" yekunda 91-70 hesablı qələbə qazanıb.

"Xəzri" seriyada ümumi hesabda 2-1 hesablı qələbə qazanaraq, yarımfinalda "NTD-İndiqo"nun rəqibi olub.

Ən məhsuldar basketbolçular: "Xəzri" (Ceremi Maklaflin- 23 xal, 14 ribaund), "Sərhədçi" (Leon Cilmor - 18 xal, 3 ribaund) 

Qeyd edək ki, "NTD-İndiqo" və "Xəzri" komandaları arasında yarımfinal seriyasının ilk oyunu 8 may tarixində baş tutacaq

Xəbər xətti