Renat Dadaşovun komandası səfərdə 1 xal qazandı

23:35 - 5 May 2024

Türkiyə Super Liqasında 35-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” səfərdə “Qaziantep”in  qonağı olub. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Renat Dadaşov bu görüşün iştirakçısı olmayıb. 24 yaşlı forvard oyunu ehtiyat oyunçular skamyasından izləyib.

35 turdan sonra 34 xal toplayan "Hatayspor" turnir cədvəlinin 16-ci pilləsində qərarlaşıb.

Xəbər xətti