Yığmamızın İrlandiya, İslandiya və Moldovaya qarşı keçirəcəyi oyunların vaxtı açıqlandı

13:18 - 6 May 2024

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının 2024/2025 mövsümü üzrə seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, 7-ci qrupda yer alan U-19 noyabrın 13-də İrlandiyanın, 16-da İslandiyanın, 19-da isə Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.

Qrup mərhələsinin görüşləri Moldovada baş tutacaq.

Xəbər xətti