Yığmamızın heyətində dəyişiklik edildi

09:34 - 28 Aprel 2024

U-18 yığmamızın heyətində dəyişikliklər edilib.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, "Sumqayıt"ın futbolçusu Elnur Cabbarlı zədələndiyi üçün onu "Araz-Naxçıvan"ın üzvü Adıgözəl Əkbərov əvəzləyib. 

"Sabah"ın üzvü Ramin Əvəzov və Emin Feyzullayev zədə, Əmir Əliyev oyunların sıxlığı səbəbindən toplanışda iştirak etməyəcəklər.

U-18 aprelin 28-dən mayın 3-dək Dalğa Təlim-Məşq Mərkəzində seleksiya xarakterli təlim-məşq toplanışı keçəcək.

Xəbər xətti