"Sabah" "Səbail"lə matça 3 itki ilə çıxacaq

14:38 - 27 Aprel 2024

"Sabah" Azərbaycan Premyer Liqasının 32-ci turunda doğma meydanda"Səbail"i qəbul edir.

Sportal.az xəbər verir ki, Masazır təmsilçisi oyuna itkilərlə çıxacaq.

Yarımmüdafiəçi Vinsent Til və hücumçu Kristian Sebalyos zədəlidir. Müdafiəçi Sofian Çakla isə cəzalı durumdadır. Mərakeşli futbolçu 4 sarı vərəqə gördüyü üçün komandaya kömək edə bilməyəcək.

Qeyd edək ki, "Sabah" - "Səbail" qarşılaşması bu gün saat 18:00-da, "Bank Respublika Arena"da baş tutacaq.

Xəbər xətti