"Neftçi" azarkeşlərə səsləndi: "Birləşmək zamanıdır"

09:49 - 28 Aprel 2024

"Neftçi" PFK azarkeşlərə müraciət edib.

Sportal.az xəbər verir ki, klub Premyer Liqada qalan 5 görüşün vacib olduğu üçün fanatlarını tribunalara səsləyib:

"Əziz "Neftçi" azarkeşləri!

Bizi qarşıda həlledici oyunlar gözləyir. Son 5 döyüşdə azarkeşlərimizin dəstəyinizə ehtiyacımız var. İndiyə qədər olan proseslərdə gözləntiləri qarşılaya bilmədik. Ancaq düşünürük ki, hazırki vacib məqamda "Neftçi" adına hamımızın birləşmək zamanıdır. Hər zaman çətin vaxtlarda klubunun yanında olan siz azarkeşləri bir olmağa və komandamıza tribunadan dəstək verməyə çağırırıq. İnanırıq ki, yalnız birlikdə uğurlu nəticələr əldə edə bilərik. Odur ki, “Forza Neftçi” və digər azarkeşlərimizi bu vacib oyunlarda komandamızın yanında olmağa çağırış edirik.

“Neftçi" ailəsinin çətin zamanda necə bir olduğunu göstərmək zamanıdır!".

Qeyd edək ki, "Neftçi"nin əsas azarkeş qrupu sayılan "Forza Neftçi" komandanın oyunlarını boykot edib və matçlarda iştirak etmirlər.

Əlavə edək ki, paytaxt klubu bu gün Premyer Liqanın 32-ci turu çərçivəsində "Turan Tovuz"u qəbul edəcək.

Xəbər xətti