"Keşlə"də kütləvi ixtisarlar başladı

16:55 - 5 İyun 2021

"Keşlə"də kütləvi ixtisarlara başlanılıb. Sportal.az xəbər verir ki, bu, klubun bütün strukturlarını əhatə edir.

 

Belə ki, bir sıra işçi ştatı ləğv olunub, müqaviləsi yenilənənlərə daha az maaş təklif edilib. Ümumiyyətlə, paytaxt klubunda əməkhaqqı həddi 30-40 faiz aşağı salınııb. Bu da SOCAR tərəfindən ayrılan illik büdcənin azalmasıyla əlaqədardır.

 

Halbuki bu, gözlənilmirdi. Çünki «Keşlə» ölkə kubokunu qazanmaqla yanaşı, Konrfans Liqasına yüksəlib. Belə vəziyyət akademiyanın fəaliyyətinə mənfi zərbə vurmaqla yanaşı, komandanın güclənməsinin qarşısını alır. Bu mənada, əksər futbolçuların düşərgəsini tərk etməyə başlaması təsadüfi qarşılanmamalıdır.

 

Büdcə azalıbsa, avtomatik olaraq transferlərə ayrılan vəsaitin ümumi həcmi də aşağı düşüb. İki-üç aydan bir maaş ödəyən klubda bir də belə halların baş verməsi əksər oyunçuların gözünü qorxudub və indi risk etmək istəmirlər (sportinfo.az).

Xəbər xətti