"Zirə" "Qəbələ"ni məğlub etdi

21:21 - 16 İyul 2021

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Zirə” bu gün yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisi Zirə İdman Kompleksində “Qəbələ” ilə qarşılaşıb və qalib gəlib - 3:0. Komandanın qollarını Qismət Alıyev, Ağabala Ramazanov və Velves Damatsena vurublar.

 

“Zirə” bundan öncə "Sabah"la qarşılaşmışdı (0:0).

Xəbər xətti