Mourinyo ukraynalı hücumçunu istəyir

13:45 - 28 İyul 2021

Ukrayna millsinin hücumçusu Roman Yaremçuk “Roma”da çıxış edə bilər.

 

Sportal.az xəbər verir ki, “canavarlar” iranlı futbolçu Sərdar Azmunla anlaşa bilmədiyinə görə, baş məşqçi Joze Mourinyo “Gent”də çıxış edən Yaremçuku nişan verib.

 

Tərəflər arasında danışıqların  başladığı və ilkin razılığın əldə olunduğu bildirilir.

 

Yaremçuk son mövsümdə 43 oyuna çıxıb, 2 qol, 8 assist müəllifi olub.

Xəbər xətti