Robert Levandovski "Bavariya"dan ayrılır?

16:24 - 28 İyul 2021

“Bavariya”nın prezidenti Gerbert Hayner Robert Levandovskinin komandadan gedə biləcəyilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, klub prezidenti polşalı forvardın komandadan ayrılmayacağını açıqlayaraq Münhen klubunun azareşlərini sevindirib: “Öncə onu deyim ki, məncə, Levandovski dünyanın ən güclü hücumçusudu.

 

Bu cür forvardın komandamızda oynamasına görə xoşbəxtik. Levandovskinin bizimlə hələ ki, 2 illik müqaviləsi qüvvədədi. Növbəti iki mövsümdə də mütləq “Bavariya”da oynayacaq. Onun komandamızda hələ uzun illər oynayacağını da təsəvvür edə bilirəm. Dəqiq olan odur ki, müqaviləsinin sonuna qədər “Bavariya”da oynayacaq.

 

Xatırladaq ki, bir müddət əvvəl polyak hücumçunun “Çelsi”yə keçə biləcəyi xəbərləri yayılmışdı.

Xəbər xətti