"Çelsi" "Sevilya"dan müdafiəçi alacaq

20:18 - 28 İyul 2021

“Çelsi” “Sevilya”nın futbolçusu Julye Kundeni transfer etmək üçün qarşı tərəflə danışıqlara başlayıb.

 

Sportal.az xəbər verir ki, London təmsilçisi fransalı oyunçu üçün İspaniya klubuna 35 milyon avro və Kurt Zumanı təklif edib.

 

Kunde Çempionlar Liqasında çıxış etmək üçün “Tottenhem”dən gələn təklifdən imtina etmişdi. 2019-cu ildən “Sevilya”da çıxış edən Fransa millisinin üzvü bu kluba “Bordo”dan keçmişdi.

Xəbər xətti