"Qarabağ" Konfrans Liqasının 3-cü mərhələsində YENİLƏNİB

22:53 - 29 İyul 2021

Ölkəmizi Avropa Konfrans Liqasında təmsil edən "Qarabağ" bu gün növbəti görüşə çıxaıb.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi ikinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə İsrailin "Aşdod" klubunun qonağı olub. Rəqibinə 1:0 hesabı ilə qalib gələn "Qarabağ" adını 3-cü təsnifat mərhələsinə yazdırıb.

 

Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən oyun qolsuz bərabərliklə başa çatmışdı.

 

Konfrans Liqası, 2-ci mərhələ, cavab oyunları

29 iyul

21:00 Aşdod (İsrail) – Qarabağ 0:1

QOL: Filip Ozobiç, 6

Aşdod, Jabotinski stadionu
Baş hakim: Novak Simoviç (Serbiya)
İlk oyun 0:0

Xəbər xətti