"Qəbələ"nin futbolçusu milli komanda ilə kubok qazandı - VİDEO

"Qəbələ"nin futbolçusu Omar Haninin çıxış etdiyi İordaniyanın U-23 millisi Qərbi Asiya Futbol Federasiyasının (WAFF) keçirdiyi turnirin qalibi olub.

 

Sportal.az xəbər verir ki, Səudiyyə Ərəbistanında keçirilən yarışın finalında İordaniya meydan sahibləri ilə üz-üzə gəlib və 3:1 hesabı ilə qalib gələrək çempion olub. Omar Hani görüşün ikinci hissəsində meydana daxil olub. O,komandasının 3-cü qolunun ötürməsini verib.

 

Qeyd edək ki, WAFF U-23 çempionatında 11 komanda iştirak edir və turnir 2015-ci ildən keçirilir.

 

Tarix: 14 Oktyabr [14:16]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
2 Dekabr 2021
1  Dekabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio