"Omoniya"nın baş məşqçisi: "Qarabağ" və "Kayrat"la matçlarda daha çox xal toplamağa yaxın idik"

14:23 - 18 Oktyabr 2021

Konfrans Liqasının H qrupunda "Qarabağ"ın rəqibi olan "Omoniya"nın baş məşqçisi Henninq Berg yerli mətbuata açıqlama verib.


Sportal.az xəbər verir ki, Nikosiya təmsilçisinin norveçli çalışdırıcısı "Qarabağ"la matç barədə də danışıb: "Biz balanslı liqaya düşmüşük. Demək olar ki, bütün komandaların gücü eynidi. "Qarabağ" və "Kayrat"la matçlarda daha çox xal toplamağa yaxın idik. Ölkə çempionatı bizim üçün daha önəmlidi. Amma avrokuboklarda da vaxtımızı öldürməyi düşünmürük.

Qrupdakı bütün komandaları məğlub edə bilərik. Növbəti mərhələyə hansı komandaların çıxacağı ilə bağlı danışmaq çətindi. "Bazel" və "Qarabağ"ın daha çox avrokubok təcrübəsi var. Biz isə püşkatma zamanı 4-cü səbətdə idik. Amma oynayıb, mübarizəni davam etdirmək lazımdı".

Xəbər xətti