Rusiya klubunun forvardı ilə hansı klublarımız maraqlanır?

11:22 - 25 Oktyabr 2021

Vaxtilə Azərbaycanın aşağı yaş qruplarından ibarət yığmalarında oynamış David Qarayev hazırda Rusiya 1-ci divizionunda yarışan “SKA-Xabarovsk”da qollarını sıralayır.

Sportal.az saytının məlumatına görə, forvardın xidmətində maraqlı olan klublarımız az deyil. Forvard "Neftçi" ilə yanaşı digər klubların da transfer siyahısında yer alıb. Amma Qarayevin Azərbaycana gəlib-gəlməyəcəyi hələ konkretləşməyib.

​Azərbaycanın U-18 yığmasında oynamış 26 yaşlı hücumçu “Ximki”, “Kamaz”, “Ural”, “Kaspi” klublarında oynayıb.

 

Xəbər xətti