"Qarabağ"ın rəqibi məşhur hücumçu ilə yollarını ayırır

13:05 - 24 Noyabr 2021

Avropa Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Kayrat" Vaqner Lavla yollarını ayırır.

 

Sportal.az xəbər verir ki, bu barədə Almatı təmsilçisinin sosial şəbəkə hesabında məlumat verilib. Braziliyalı hücumçu video vasitəsilə Qazaxıstan klubunun azarkeşləri ilə vidalaşıb.

 

37 yaşlı hücumçu Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda "Bazel"lə görüşün onun üçün "Kayrat"da son matç olacağını bildirib.

 

Noyabrın 25-də keçiriləcək "Kayrat" - "Bazel" qarşılaşması Bakı vaxtı ilə saat 19:30-da başlayacaq

Xəbər xətti