Polşalılar Emrelidən narazıdı: "Son vaxtlar meydanda pis görünür, ən yaxşı formasında deyil"

10:30 - 30 Noyabr 2021

“Legiya” azarkeşləri Polşa çempionatının 16-cı tıurunun “Yagelloniya” (1:0) ilə görüşündən sonra millimizin hücumçusu Mahir Emrelinin çıxışından narazılıq bildiriblər. 

Sportal.az xəbər verir ki, polşalılar bu matçda assistlə yadda qalan Emreli haqda bunları yazıblar: “Matçın əvvəlində onun zərbəsi uğursuz alındı.O, çoxlu sadə səhvlərə yol verərək, meydandakı davranışları ilə bezdirirdi. Epizodların birində gözəl oynamağa çalışdı, amma mümkün qədər sadə davranmaq kifayət idi.

27-ci dəqiqədə o, təhlükəli fürsət yarada bilərdi, lakin uzaqdan ümidsiz zərbə endirmək qərarına gəldi. 36-cı dəqiqədə Mahir inadla top üçün mübarizə apardı, bundan sonra sonda zərbə endirdi, lakin qapıçı müdaxilə etdi. Əlavə vaxtda Yohanssona başla ötürmə verdi. Bu assist idi.

Sonradan o, meydanın demək olar ki, öz yarısından zərbə endirməyə çalışdı, lakin bu, anlaşılmazlıq idi. Son vaxtlar Emreli meydanda pis görünür, ən yaxşı formasında deyil” (Legionesci).

Xəbər xətti