İker Kasilyas "Qızıl top"la bağlı paylaşım etdi: "Niyə məsələni çətinləşdirirsiniz?"

12:39 - 30 Noyabr 2021

"Real" və İspaniya millisinin sabiq qapıçısı İker Kasilyas "Qızıl top"un Lionel Messiyə təqdim olunmasına münasibət bildirib.

Sportal.az xəbər verir ki, şəxsi tvitter hesabında paylaşım edən ispan bunları yazıb:

"Futbol mükafatlarına güvənmək getdikcə çətinləşir. Messi mənim üçün tarixin ən yaxşı 5 oyunçusundan biridi. Amma başa düşmək lazımdı ki, futbolçular bir mövsümün nəticələrinə görə qiymətləndirilir. Bu, o qədər də çətin deyil, niyə məsələni çətinləşdirirsiniz?".

Xəbər xətti