Azərbaycan milli komandasının forvardı Mahir Emreli “Legiya”dan ayrılmağa hazırlaşır.
Sportal.az saytının məlumatına görə, Varşava klubunda özünü xoşbəxt hiss etməyən forvarda tanınmış klublardan təklif var. Aldığımız məlumata görə, Mahir Emreliyə İngiltərədən “Lester” klubu maraq göstərir.
Bununla yanaşı hələ “Qarabağ”da oynayarkən onun xidmətində maraqlı olan “Şalke” futbolçuya yenidən təklif göndərib. “Legiya”dan ayrılmağa hazırlaşan Mahirin karyerasını harada davam etdirəcəyi yaxın günlərdə dəqiqləşəcək.