Namik Ələskərovun komandası Adana səfərində

13:57 - 8 Yanvar 2022

Futbol üzrə Türkiyə I Liqasında mövsümün 2-ci yarısına start verilir.

 

Sportal.az xəbər verir ki, milli komandamızın futbolçusu Namik Ələskərovun şərəfini qoruduğu "Bursaspor" da bu gün növbəti oyununa çıxacaq. "Timsahlar" səfərdə "Adanaspor"un qonağı olacaq. Qarşılaşma Bakı vaxtilə saat 17:00-da start götürəcək.

 

Qeyd edək ki, 18 turdan sonra 19 xal toplayan "Bursaspor" turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Xəbər xətti