PSJ-nin qapıçısı Keylor Navas koronavirusa yoluxub.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, onun COVİD-19 testi müsbət çıxıb. 35 yaşlı qolkiper karantinə alınıb. Kostarikalı "əlcək sahibi" Fransa çempionatının 21-ci turunun "Brest"lə matçının heyətindən çıxarılıb.
Qeyd edək ki, PSJ - "Brest" matçı bu gecə Bakı vaxtilə saat 00:00-da baş tutacaq.
Tarix: 15 Yanvar [19:49]
|
|
Müəllif: Sportal.az
|