"Neftçi"dən ayrılan yarımmüdafiəçi azərbaycanlı futbolçu ilə komanda yoldaşı oldu

15:21 - 23 Yanvar 2022

"Neftçi"nin yollarını ayırdığı Xorxe Korreanın yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi karyerasını Yunanıntanda davam etdirəcək. 29 yaşlı futbolçu bu ölkənin II Liqasında mübarizə aparan "Olimpiakos" (Volos) klubu ilə anlaşıb. Təcrübəli vinger tibbi müayinədən sonra ilə müqavilə imzalayacaq.

 

Xatırladaq ki, Korrea ötən ilin sentyabrında "Neftçi"yə transfer olmuşdu.

 

Qeyd edək ki, Volos təmsilçisi 2 gün öncə "Səbail"dən sol cinah müdafiəçisi Turan Manafovu cari mövsümün sonunadək icarəyə götürüb.

Xəbər xətti