"Dinamo" Mahirin transferindən imtina etdi

Xorvatiyanın "Dinamo" klubu Mahir Emrelini transfer etməkdən imtina edib.

Sportal.az xəbər verir ki, Zaqreb təmsilçisi hücumçu üçün pul ödəmək istəmədiyindən bu qərara gəlib. "Dinamo" azad agent olacağı təqdirdə Emrelini heyətində görmək istəyirdi.

Türkiyənin "Başakşəhər" klubu Mahir üçün "Legiya"ya 750 min avro təklif edib. Varşavalılar isə 1,5 milyon avro tələb edir.

Mahir "Legiya" azarkeşləri ilə problem yaşadığı üçün Polşa klubundan ayrılmaq istəyir. O, komandanın Dubaydakı təlim-məşq toplanışında iştirak etməyib.

Tarix: 28 Yanvar [13:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22  May 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio