"Xan Lənkəran" Dortmund klubuna məğlub oldu

17:50 - 29 Yanvar 2022

Türkiyədə təlim-məşq toplanışını davam etdirən "Xan Lənkəran" ikinci yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Region Liqası təmsilçisi Almaniyanın "Türkspor Dortmund" klubu ilə qarşılaşıb. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Xan Lənkəran"ın heyətində Kazım Kazımlı fərqlənib.

 

Qeyd edək ki, "Xan Lənkəran" Antalyada keçirdiyi ilk yoxlama matçında Almaniyanın "Bişhofverde" klubunu 1:0 hesabı ilə məğlub edib.

Xəbər xətti