Rusiya klubları avrokuboklardan uzaqlaşdırıldı - RƏSMİ

UEFA Rusiya klublarını avrokuboklardan uzaqlaşdırıb.

 

Sportal.az xəbər verir ki, bu barədə qitənin ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, bu ölkənin klubları 2022/203 mövsümündə avrokuboklarda iştirak etməyəcək.

 

Rusiya yığması da UEFA Millətlər Liqasının 2022/2023 mövsümündən kənarlaşdırılıb. Ruslar B Divizionunun B qrupunda İslandiya, İsrail və Albaniya ilə qarşılaşmalı idi. Komanda avtomatik olaraq qrupda sonuncu yeri tutacaq və Millətlər Liqasının növbəti mövsümündə C Divizionunda yarışacaq.

 

Rusiyanın AVRO-2028 və AVRO-2032-nin ev sahibliyi üçün etdiyi müraciət də geri çevrilib.

Tarix: 2 May [21:08]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
9 Avqust 2022
8  Avqust 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio