"Qarabağ"ın futbolçusu Kadi Borqes instaqram hesabında paylaşım edib.
Sportal.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi komanda yoldaşı Abdullah Zubirlə fotosunu paylaşaraq bunları yazıb:
"İndiyə qədər gördüyüm ən yaxşılardan birisən. Yanında olmaqdan zövq alıram".
Zubir Kadinin postuna belə şərh yazıb:
"Sən ən yaxşısan. Daha uzun illər bir yerdə oynamaq istəyirəm və sənə həyatında yaxşı şeylər arzu edirəm".