Polşa klubu azərbaycanlı qolkiperlə danışıq aparır

12:28 - 18 May 2022

Karyerasını Polşa 4-cü liqasında “Sokol”da davam etdirən Şahin Zəkiyev klubunu dəyişə bilər.

Sportal.az saytına bu barədə azərbaycanlı qolkiper özü məlumat verib. O, “Bruk-Bet Termalika” ilə danışıq apardıqlarını bildirib.

​Danışıqlar müsbət yekunlaşacağı təqdirdə, Zəkiyev əsas komandası yüksək liqada çıxış edən “Bruk-Bet Termalika”nın öncə ikinci komandasında çıxış edəcək. Sonradan isə onun əsas komandaya yüksəlmək şansı olacaq.

Xəbər xətti