Milli komandamız Avropa çempionatına hazırlığı başa vurdu

16:34 - 18 May 2022

Mayın 20-22-də Kosovoda keçiriləcək Avropa çempionatının II təsnifat mərhələsində iştirak edəcək 22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını başa vurub.

 

Sportal.az xəbər verir ki, aprelin 29-da Bakıda başlayan hazırlığa Türkiyədə yekun vurulub.

 

Baş məşqçi Eldar Əliyevin rəhbərlik etdiyi komanda qardaş ölkədə yerli yığma ilə də gücünü yoxlayıb. "Ay-ulduzlular"la keçirilən 2 görüşdə rəqib qələbə qazanıb.

 

Beləliklə, 20 günlük təlim-məşq toplanışını yekunlaşdıran milli komanda bu gün Türkiyədən birbaşa Kosovoya yollanacaq.

Xəbər xətti