"Benfika"nı almaniyalı çalışdıracaq

22:45 - 18 May 2022

"Benfika"nın yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Portuqaliya klubu Roger Şmidtlə anlaşıb.

Almaniyalı mütəxəssisin müqaviləsi 2024-cü ilə qədərdi.

Təcrübəli mütəxəssis son olaraq PSV-ni çalışdırmışdı. O, Eyndhoven təmsilçisi ilə ölkə kubokunu və superkubokunu qazanmışdı.

Əvvəllər isə Şmidt "Bayer", "Beyjinq Qoan", "Zalsburq", "Paderborn" klublarını çalışdırıb.

Xəbər xətti