Türkiyə millisinin üzvü rəsmən "Borussiya"da

14:57 - 23 May 2022

Almaniya "Borussiya"sı (Dortmund) heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Dortmund təmsilçisi "Köln"dən Salih Özcanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Salih Özcan 2020-ci ilin yayından "Köln"də çıxış edirdi. Türkiyə millisinin də üzvü olan yarımmüdafiəçi başa çatan mövsümdə Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 32 oyunda 2 qol və 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti