"Səbail" yarımmüdafiəçi transfer etdi

18:23 - 19 İyun 2022

"Səbail" növbəti transferini həyata keçirib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi Vüsal Qənbərovu transfer edib. Gənc yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, 19 yaşlı futbolçu ötən mövsüm "Şamaxı-2"də oynayıb.

Xəbər xətti