"Qəbələ"nin rəqibindən darmadağın

21:40 - 24 İyun 2022

Avropa Konfrans Liqasının II təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan "Fehervar" hazırlığı davam etdirir.

 

Sportal.az xəbər verir ki, Macarıstan klubu bu gün yoxlama oyununda qüvvəsini sınayıb. "Dunayşvaroş"la qarşılaşan "göy-qırmızılar" 5:0 hesablı qələbə qazanıb.

 

Qeyd edək ki, "Qəbələ"nin "Fehervar"la ilə ilk oyununu iyulun 21-də səfərdə keçiriləcək. Cavab matçı isə bir həftə sonra Qəbələdə olacaq. 

Xəbər xətti