"Barselona"dan da zəng gəlsə, Belarus və Azərbaycan oyunları çox vacibdi"

17:18 - 8 Avqust 2022

Qazaxıstan millisinin baş məşqçisi Maqomed Adiyev Millətlər Liqasının C3 qrupunda Belarus (22 sentyabr) və Azərbaycan yığmaları ilə keçiriləcək matçlar haqda danışıb.

Sportal.az xəbər verir ki, Qazaxıstan mətbuatına danışan Adiyev bunları deyib:

"Mən artıq rəsmi şəkildə demişəm ki, bu ay bütün diqqətimi qarşıdakı iki oyuna yönəltmişəm. Heç yerə getməyi də düşünmürəm. Belarus və Azərbaycanla oyunlar mənim üçün çox önəmlidir. Futbolumuzu oynayaq, daha sonra nədənsə danışmaq mümkün olacaq. İndiyə qədər heç kimlə danışıq aparmamışam. "Barselona"dan da zəng gəlsə, Belarus və Azərbaycan oyunları çox vacibdi. Bundan necə imtina edə bilərəm? 

Növbəti mərhələyə çıxmaq üçün çox böyük motivasiyam var. Qazaxıstan heç vaxt belə uğur əldə etməyib. Təbii ki, ölkəni də, özümü də sevindirmək istəyirəm".

Azərbaycan - Qazaxıstan oyunu sentyabrın 25-də Bakıdakı "Dalğa Arena" stadionunda keçiriləcək.

Xəbər xətti