"Arsenal"ın müdafiəçisi İtaliya klubunda

17:50 - 11 Avqust 2022

İtaliya A Seriyasına yüksələn "Montsa" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, "ağ-qırmızılar" "Arsenal"dan Pablo Marini heyətinə cəlb edib. 28 yaşlı mərkəz müdafiəçisi 2022/2023 mövsümünü icarə əsasında İtaliya klubunda keçirəcək.

 

Qeyd edək ki, Pablo Mari son mövsümün ikinci yarısında icarə əsasında "Udineze"də çıxış edib. İspaniyalı müdafiəçi A Seriyası klubunun heyətində meydana çıxdığı 15 matçda 2 qol vurub.

Xəbər xətti