"Turan Tovuz" afrikalı müdafiəçi transfer etdi

19:40 - 17 Avqust 2022

"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi müdafiəçi Siyanda Xulunu transfer edib. 31 yaşlı futbolçu ilə 1 illik müqavilə bağlanıb.

Peşəkar karyerasına  “Mamelodi Sandaunz”da başlayan futbolçu vətənində “Kayzer Çifs”, “Maritzburq Yunayted”, Rusiyada isə “Rostov”un formasını geyinib. O, son olaraq İsrailin “Hapoel” (Tel Əviv) komandasının şərəfini qoruyub.

Siyanda Xulu Cənubi Afrika Respublikasının (CAR) əsas millisində 16 oyuna çıxıb, 1 qol vurub.

Xəbər xətti