İtaliyada ayın ən yaxşısı açıqlandı

İtaliya A Seriyasında sentyabr ayının ən yaxşı oyunçusu məlum olub.

 

Sportal.az xəbər verir ki, ayın ən yaxşısı adına "Napoli"nin müdafiəçisi Kim Min-Je layiq görülüb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

 

26 yaşlı mərkəz müdafiəçisi sorğuda "Udinize"nin müdafiəçisi Rodriqo Beçao, "Atalanta"nın türk futbolçusu Merih Demiral, "Latsio"nun yarımmüdafiəçisi Segey Milinkoviç-Saviç və "Milan"dan Teo Hernandesi qabaqlayıb.

 

Qeyd edək ki, Kim Min-Je "Napoli"yə mövsümün əvvəlində "Fənərbaxça"dan transfer edib. Cənubi koreyalı futbolçu sentyabr ayında Neapol təmsilçisinin heyətində meydana çıxdığı 3 A Seriyası matçında 1 qol vurub.

 

Resim

Tarix: 30 Sentyabr [17:28]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
7 Dekabr 2022
6  Dekabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio