Qurban Qurbanov şəhid övladının arzusunu gerçəkləşdirdi - FOTO

21:13 - 30 Sentyabr 2022

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Vətən Müharibəsi şəhidi Vidadi Xəlilovun oğlu Əli Xəlilovu sevindirib. Ağdam təmsilçisinin baş məşqçisi futbolçularla birlikdə Əli ilə görüşüb. 

 

Sportal.az xəbər verir ki, bu barədə Zəfər Şəhid Ailələrinə Dəstək İctimai Birliyi məlumat yayıb. 

 

"Vətən müharibəsinin Qəhrəman şəhidi, polkovnik-leytenant Vidadi Xəlilovun oğlu Əli futbol həvəskarıdır və yaşadığı Göyçay rayonunda futbol məktəbində məşq edir. Ən böyük arzusu “Qarabağ” komandasının üzvləri ilə görüşmək, Qurban Qurbanovla tanış olmaq idi. Bu istəkdən xəbər tutan baş məşqçi onu komandaya dəvət edib, üzvlərlə tanış edib, komandanın hədiyyələrini təqdim ediblər", - deyə məlumatda qeyd edilir. 

 

Bir 2 kişi, oturan insanlar ve iç mekan görseli olabilir

 

Bir 8 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir

 

Bir 7 kişi ve ayakta duran insanlar görseli olabilir

Xəbər xətti