"Kəpəz" xorvatiyalı qapıçı ilə anlaşdı

11:17 - 4 Oktyabr 2022

"Kəpəz"in Xorvatiyadan qapıçı gətirmək istəməsi ilə bağlı xəbər vermişdik.

Sportal.az saytına verilən məlumata görə, Gəncə klubu artıq Mario Mustapiçlə rəsmi şəkildə anlaşıb və onu Azərbaycana gəlməyə razı salıblar.

23 yaşlı qolkiper mövsüm sonuna qədər "Kəpəz"in qapısını qoruyacaq.

Ötən mövsümü Xorvatiyanın "Rudes" klubunda keçirmiş gənc qapıçı özünü yaxşı tərəfdən göstərərsə, yayda onunla müqavilə müddəti uzadıla bilər.

Xəbər xətti