Məhkəmə "Neftçi"nin baş məşqçisi barədə bu qərarı verdi

Rumıniyada "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf və onun keçmiş həyat yoldaşı Anamariya Prodan arasında cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sportal.az "fanatik.ro"ya istinadən xəbər verir ki, məhkəmənin qərarına əsasən tərəflər bir-birindən minimum 200 metr aralı gəzməlidi.

Regekampf ilə bağlı qərar 4, Prodanla bağlı qərar isə iki ay qüvvədə qalacaq. Onlar bir-biri ilə nə telefon, nə poçt, nə də digər şəkildə əlaqə qura bilərlər.

Xatırladaq ki, Rumıniyanın Snaqov küçəsində Regekampfla keçmiş həyat yoldaşı arasında insident baş vermişdi. Tərəflər 15 illik evlilikdən sonra ötən ilin yayında ayrılıblar. 

Tarix: 4 Oktyabr [13:39]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
7 Dekabr 2022
6  Dekabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio