Azərbaycanlı hakimlər Rumıniya – Danimarka matçına təyinat aldı

17:15 - 4 Oktyabr 2022

Futzal üzrə Dünya çempionatının ilkin seçmə mərhələsinin oyunlarına təyinatlar açıqlanıb.

 

Sportal.az xəbər verir ki, futzal üzrə FİFA referiləri Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılov Dünya çempionatının ilkin seçmə mərhələsinin 8-ci qrupunda keçiriləcək Rumıniya – Danimarka oyununa təyinat alıblar.

 

Oktyabrın 6-da, Rumıniyanın Targu Mures şəhərindəki “City Hall Arena”da baş tutacaq qarşılaşma 19:30-da balayacaq.

Xəbər xətti