Karlo Ançelotti: "Hər zaman Çempionlar Liqasını qazanmaq istəyirəm"

"Real" UEFA Çempionlar Liqası qrup mərhələsinin üçüncü turunun oyununda sabah sabah doğma meydanda "Şaxtyor"u qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotto mətbuat konfransında iştirak edib. İtaliya mütəxəssis Çempionlar Liqasının vacib turnir olduğunu deyib:

 

"Xalımızı 9-a yüksəltmək çox önəmlidir. Bunun üçün hazırlaşmışıq. Bazar günü "Osasuna" ilə matçı yaxşı oynamadıq. Özümüzü inkişaf etdirmək və kim olduğumuzu meydanda göstərmək istəyirik.

 

La Liqada çempionluq önəmlidir. Amma Çempionlar Liqasının futbolda önəmi daha çoxdur. Mən hər zaman Çempionlar Liqasını qazanmaq istəyirəm. Çox çətin bir turnirdir". 

 

Qeyd edək ki, "Real" - "Şaxtyor" qarşılaşması sabah Bakı vaxtilə saat 23:00-da start götürəcək.

Tarix: 4 Oktyabr [18:31]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
3 Dekabr 2022
2  Dekabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio