Yunanıstan mətbuatı: "Olimpiakos" "Nant"ı 3:0 məğlub edən təhlükəli "Qarabağ"la oyunda məğlubiyyət seriyasını qıra biləcək?

Yunanıstan mətbuatı "Olimpiakos"un Avropa Liqasının G qrupunun 3-cü turunda Pireydə "Qarabağ"a qarşı keçirəcəyi görüşdə qalib gəlməsinin vacibliyindən yazıb.

Sportal.az "gazzetta.gr” portalına istinadən xəbər verir ki, yunanıstanlı həmkarlarımız Pirey təmsilçisinin "Qarabağ" qarşısındakı şanslarının yüksək olub-olmamasını dəyərləndirib:

"Olimpiakos" Avropa Liqasının qrup mərhələsinə uğursuz başlayıb. Buna görə də "Qarabağ"la oyunda ilk xallarını qazanmağa çalışacaq. "Qırmızı-ağlar" tarixlərinin ən pis avrokubok mövsümünü yaşayır: 11 oyun qələbəsizdilər (5 heç-heçə, 6 məğlubiyyət), turnirin son 5 matçının hamısında (təsnifat oyunları istisna olmaqla) məğlub olublar. "Olimpiakos" futbolçuları indiyə qədər ilk 2 görüşdə cəmi 10 təhlükəli hücum yarada bilib. Miçelin qarşıda çox işi var. "Olimpiakos" ötən tur "Nant"ı 3:0 hesabı ilə məğlub edən təhlükəli "Qarabağ"la oyunda məğlubiyyət seriyasını qıra biləcək? Azərbaycanlılar artıq bir neçə ildir ki, Avropa yarışlarında uğur qazanırlar".

Mirbağırağa

Tarix: 6 Oktyabr [11:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
30 Noyabr 2022
29  Noyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio