"Qarabağ"ın bu futbolçuları "Neftçi"yə qarşı oynamayacaq

12:11 - 2 Dekabr 2022

Bu gün Misli Premyer Liqasında 16-cı turun ilk oyunu "Neftçi" və "Qarabağ" klubları arasında keçiriləcək.

Sportal.az saytına verilən məlumata görə, "Qarabağ" bu oyuna ciddi itkilərlə çıxacaq.

Belə ki, zədə səbəbindən Filip Ozobiçlə Marko Veşoviç meydana çıxmayacaq.

Bu futbolçularla yanaşı Marko Yankoviç və Abbas Hüseynovun da iştirakı sual altındadır.

​“Neftçi” – “Qarabağ” qarşılaşması bu gün “Baksel Arena”da keçiriləcək və saat 21:00-da başlayacaq.

Xəbər xətti