"Mahir Emreli komandaya keyfiyyət qata bilər"

21:28 - 2 Fevral 2023

Xorvatiyalı futbol agenti Damir Yoziç “Dinamo”nun qış transferlərinin olmamasından danışarkən Zaqreb təmsilçisinin azərbaycanlı hücumçusu Mahir Emreli barədə də fikirlərini bildirib. 

Sportal.az xəbər verir ki, "Sportske novosti"yə müsahibə verən xorvatiyalı Emrelinin əsas heyətdəki şanslarını dəyərləndirib:

"Bu qış “Dinamo”nun yeni transfer gətirməsinə ehtiyac yox idi. Onsuzda start heyətinə düşmək asan deyil. Düşünmürəm ki, bu, yazda "Dinamo"ya hansısa dəyişiklik gətirsin. İndi komandanın daha çox sağlam Bruno Petkoviçə ehtiyacı var. Həmçinin, Mahir Emreli və Petar Boçkay komandaya keyfiyyət qata bilər. Luka İvanuşets yaxşı ola bilər, yayda isə onu satmaq mümkün olar. Düşünürəm ki, "Dinamo" əla iş görür, düzgün hərəkətlər edir. Bu komanda qış transfer bazarında özünü yaxşı göstərdi və onlar indi əsas diqqətini Çempionlar Liqasına yönəltməlidir".

Xəbər xətti