Türkiyə millisinin üzvü daha 4 il "Fənərbaxça"da

17:14 - 18 Mart 2023

Türkiyənin "Fənərbaxça" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi qapıçı Altay Bayındırın yayda başa çatmalı olan sözləşməsinin müddətini uzadıb. Bu barədə "sarı-lacivərtlilər"in mətbuat xidməti məlumat yayıb. 24 ayşlı qolkiper 2027-ci ilin yayına kimi "Fənərbaxça"ya məxsus olacaq.

Qeyd edək ki, "Fənərbaxça" Altay Bayındırı 2019-cu ilin yayında "Ankaragücü"dən transfer edib. Türkiyə millisinin üzvü cari mövsümdə komandanın heyətində meydana çıxdığı 36 rəsmi matçda qapısında 38 top görüb. O, 14 qarşılaşmada çərçivəni toxunulmaz saxlamağı bacarıb.


Xəbər xətti