"25 il ərzində bizim rənglərimiz üçün hər şeyini verdin" - VİDA MATÇI

23:36 - 10 May 2025

"Bavariya" Tomas Müller və Erik Dayerlə vidalaşıb.

Sportal.az xəbər verir ki, Bundesliqanın 33-cü turunda "Bavariya" öz meydanında "Borussiya" (Münhenqladbax) ilə qarşılaşıb. Bu oyun mövsümdə münhenlilərin doğma meydandakı son matçı olduğundan, matçdan əvvəl klub komandadan ayrılan futbolçular üçün vida mərasimi təşkil edib.

Tomas Müllərə qazandığı bütün titulların əks olunduğu xüsusi bir tablo təqdim edilib. Azarkeşlər isə tribunada belə bir pankart açıblar: "25 il ərzində bizim rənglərimiz üçün hər şeyini verdin – Tomas Müller!"

Eyni zamanda, Erik Dayer də xatirə olaraq xüsusi tablo ilə təltif olunub.


Xəbər xətti