Millimizin son toplanışına cəlb edilmiş futbolçu bu kluba keçəcək

11:22 - 9 May 2025

Azərbaycan milli komandasının son toplanışına dəvət edilmiş Əlirza Müştəbazadə yeni sezona yeni komandada başlayacaq.

Sportal.az xəbər verir ki, millinin son toplanışında yer almış 24 yaşlı qapıçı “Şəfa”nın qapısını qoruyacaq.

Yeni mövsüm Birinci Liqanın iddialılarından olacaq klub hazırda “Səbail”in qapısını qoruyan qapıçı üçün yüksək məbləğ təklif edib.

Onun mövsümün sonunda “Şəfa” ilə 3 illik müqavilə imzalayacağı gözlənilir.

Xəbər xətti