Çempionlar Liqasının finalında "İnter"in rəqibi PSJ oldu - YENİLƏNİB

00:54 - 8 May 2025

Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçının adı bəlli olub.

Sportal.az xəbər verir ki, PSJ-nin qonağı olan "Arsenal" 1:2 hesabı ilə məğlub olaraq yarımfinalda mübarizəni dayandırıb. İlk matçda da 1:0 hesabı ilə qalib gələn PSJ finalda "İnter"in rəqibi olub.

Qeyd edək ki, PSJ - "İnter" finalı mayın 31-i Bakı vaxtilə saat 23:00-da Münhendə baş tutacaq.

UEFA Çempionlar Liqası

Yarımfinal, cavab oyunu

7 may

23:00 PSJ  - “Arsenal” 2:1 (İlk oyun - 1:0)

Qollar: F.Ruiz,27, A.Hakimi,72, - B.Saka,76 

Xəbər xətti